“Oyunun taleyini penaltilərə qalmadan həll etməli idik”. Bunu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Paraqvaya qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları oyunu şərh edib: “Soyunub-geyinmə otağında böyük məyusluq hökm sürür. Təəssüf ki, futbolda belə hallar yaşanır. Görürük ki, bəzi komandalar sadə üsullarla da qalib gələ bilir. Belə vəziyyətlərdə həmin üsullara qarşı oyunun sonuna qədər diqqətlə müdafiə olunmalısan. Rəqibi geri çəkilməyə və müdafiə olunmağa məcbur etməkdə gecikdik. Topu cərimə meydançasına daha tez-tez göndərə bilərdik. Hücumlarımızı qurarkən top dövriyyəmiz həddindən artıq ləng idi”.
Naqelsman Gələcək taleyi ilə də bağlı danışıb: “Getməyimi istəsələr, bu layihəni tərk edəcəyəm. Avropa çempionatına qədər qalmağımı desələr, bununla da razılaşacağam. Qərarı federasiya verəcək”.
Qeyd edək ki, Almaniya – Paraqvay matçının əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Paraqvay 1/8 finala yüksəlib.
