“Sabah”ın sabiq baş məşqçisi Jelko Sopiçin yeni iş yeri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bundan sonra Litvada çalışacaq.

Belə ki, 51 yaşlı məşqçi “Jalgiris”in “sükanı arxasına” gətirilib. O, son bir il yarım ərzində Litva çempionuna rəhbərlik edən Eivinas Çerniauskası əvəzləyib.

Qeyd edək ki, Jelko Sopiç 2019-cu ilin noyabrından 2020-ci ilin iyuluna qədər “Sabah”ı çalışdırıb.

Shares: