Futbol üzrə dünya çempionatında ilk ciddi sensasiya reallaşıb. Mundialın favoritlərindən sayılan Almaniya millisi mübarizəni 1/16 finalda dayandırıb.
Boston stadionunda Paraqvayla keçirilən görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Cənubi amerikalıların heyətində Xulio Ensisonun 42-ci dəqqədə vurduğu qola Bundestimdən Kay Havertz (54) cavab verib. Növbəti mərhələyə adlayan komandanın adına penalti seriyasında aydınlıq gəlib. Paraqvay daha dəqiq oynayaraq (4:3) 1/8 finala yüksəlib.
Komandanın bu raunddakı rəqibi Fransa – İsveç cütünün qalibi olacaq.
