Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatının ilkin formatı müəyyənləşib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 100-dən çox komandanın iştirakı ilə 10 günlük mübarizə olacaq.
Gün ərzində təxminən 7-10 oyun olacaq. Qarşılaşmaların kiçik ölçülü meydançalarda təşkili nəzərdə tutulur. Oyunların təxminən 7-9 futbolçudan ibarət komandalarla təşkili planlaşdırılır.
Qeyd edək ki, U-15-lərin dünya çempionatı 22-31 oktyabrda Azərbaycanda keçiriləcək.
