19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə start verilib.

Futbolinfo.az xəbər verir ki, Uelsdə təşkil olunan turnirdə 8 komanda 2 qrupda mübarizə aparır.

Formata əsasən, hər iki qrupda ilk iki yeri tutaraq yarımfinala adlayacaq 4 komanda, eyni zamanda qrup üçüncüləri arasında baş tutacaq pley-offun qalibi 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahiblilyi edəcəyi FIFA U-20 Dünya Çempionatına vəsiqə qazanacaq.

Qeyd edək ki, U-20-lərin dünya çempionatının gələn ilin sentyabr-oktyabr aylarında təşkili planlaşdırılır.

Shares: