Niderland millisinin baş məşqçisi Ronald Kuman komandanın dünya çempionatında mübarizəni dayandırmasından sonra ünvanına səslənən tənqidlərə münasibət bildirib.

63 yaşlı mütəxəssis Mərakeş yığmasına uduzduqları (1:1, p. – 3:4) 1/16 final mərhələsinin oyununun ardından fikirlərini bölüşüb: “Bütün Niderland deyirdi ki, beş müdafiəçi ilə oynamalıyıq. Biz beş müdafiəçi ilə oynadıq, amma yenə də tənqid olunduq. Bir daha xatırladıram: tənqidlərə əhəmiyyət vermirəm”.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

Shares: