Futbol üzrə Niderland millisi dünya çempionatlarında qeyri-adi statistikaya imza atıb.

Futbolinfo.az xəbər verir ki, “narıncılar” qatıldıqları son üç mundialın heç birində əsas və əlavə vaxtda uduzmayıblar.

Onların son üç turnirdəki bütün məğlubiyyətləri penaltilər seriyasına təsadüf edib.

Ronald Kumanın baş məşqçisi olduğu kollektiv bu gün DÇ-2026-nın 1/16 final mərhələsində Mərakeşlə bacarmayıb. Əsas və əlavə vaxt 1:1, penaltilər seriyası 2:3 hesabı ilə yekunlaşıb.

Yığma 2014-cü ildə yarımfinalda (0:0, p. – 2:4), 2022-ci ildə 1/4 finalda Argentiya (2:2, p. – 3:4) uduzub.

Komanda 2018-ci ildəki dünya çempionatına vəsiqə qazana bilməyib.

Bundan əlavə, Niderland millisi sonuncu dəfə dünya çempionatlarının əsas vaxtında 2006-cı ildə məğlubiyyət yaşayıb. Portuqaliya komandası həmin vaxt qələbə qazanıb – 1:0.

Shares: