Qadın voleybolçulardan ibarət “Gəncə” komandası heyətinə yeni oyunçu cəlb edib.

Bu barədə Futbolinfo.az-a bölgə təmsilçisindən məlumat verilib.

Braziliyalı voleybolçu Hellen Luvizetti Lacava ilə müqavilə imzalanıb.

ABŞ, Kosovo və Kanadada legioner həyatı yaşamış təcrübəli oyunçunun son klubu Fransanın “Volleyball Pays Viennois” komandası olub.

Shares: