“İnter” Françesko Açerbi, Matteo Darmian və Stefan de Vreyin komandadan gedişini elan edib. Müdafiəçilər Milan klubunu azad agent statusu ilə tərk ediblər.
Açerbi 2022-ci ildən bəri “neradzurri”nin şərəfini qoruyurdu. O, komandanın heyətində iki dəfə İtaliya çempionatının, həmçinin İtaliya Kuboku və Superkubokunun qalibi olub.
Darmian və de Vrey isə eyni titulları üç dəfə qazanıblar. Stefan 2018-ci ildən, Matteo isə 2021-ci ildən “İnter”də çıxış edirdi.
Xatırladaq ki, “İnter” bu gün qapıçı Yan Zommerin də başa çatan müqaviləsinin yenilənmədiyini açıqlamışdı.
