“Ağsu” klubunun baş məşqçisi Rüfət Quliyev futbol üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilmiş “Araz Naxçıvan”la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, o, komandasının məğlubiyyətini belə şərh edib:
 
“Araz Naxçıvan” klubunu qələbə münasibəti ilə təbrik edirəm. Hər iki komanda sona kimi mübarizə apardı. Əlavə vaxtda məğlub olduq. Komandama mübarizə əzminə görə minnətdaram. Böyük futbolun Naxçıvana yenidən qayıtması bizi də sevindirir. Burada bizi çox gözəl qarşıladılar. Bizə yaratdığı şəraitə görə “Araz Naxçıvan” klubuna təşəkkürümü bildirirəm”.
Shares: