Cari mövsümdən etibarən, AFFA-nın U-17 Liqasında çıxış edən komandalar arasında U-17 Kuboku turniri keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında U-17 Kubokunun püşkü atılıb.
Püşkün nəticəsinə əsasən aşağıdakı cütlüklər qarşılaşacaq:
İlk oyunlar. 4 noyabr
Sumqayıt – İnter
Turan T – AZAL
Simurq – Kəpəz
Rəvan – Xəzər Lənkəran
Cavab oyunları. 25 noyabr
İnter – Sumqayıt
AZAL – Turan T
Kəpəz – Simurq
Xəzər Lənkəran – Rəvan
Qeyd: Ötən mövsüm U-17 Liqada ilk 4 yeri tutmuş komandalar – "Qəbələ", "Neftçi", "Bakı", "Qarabağ" – mübarizəyə növbəti mərhələdə qoşulacaq. (AFFA)





