“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiyadan gələn təklifə yox deyib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Qroznının “Terek” klubunun baş məşqçisi olmaq istəməyib.
Belə ki, Çeçenistan prezidenti Ramazan Kadırov Syominlə şəxsən danışıb. Lakin "Qəbələ"nin çalışdırıcısı Qroznıda işləmək istəmədiyini bildirib. Hazırda "Terek" Yuri Krasnojanın istefasından sonra baş məşqçisiz qalıb.
Qeyd edək ki, Syomin bu ilin yayından “Qəbələ”nin baş məşqçi postunda çalışır.





