“Qarabağ”ın braziliyalı hüçumçusu Reynaldo Dos Santosun ailəsinə böyük itki üz verib. Futbolinfo.az xəbər verir ki, dünən onun qardaşı dünyasını dəyişib.
Belə ki, motosikletin ağır tonnajlı yük avtomobilinin altında qalması futbolçunun qardaşının ölümü ilə nəticələnib. Bu üzdən Reynaldo böyük ehtimalla “Qəbələ” ilə görüşdə oynamayacaq.





