Başladıq.

Yeni bir cığır açmağa, yeni bir bünövrə qoymağa.

Yeni bir layihə, yeni bir kollektivlə.

Yeni arzular, yeni umidlərlə.

İlk gündən vəd vermirik, hər şeyi işlə sübut etməyə çalişacağiq. Bu dəqiqdi ki, idman mediasında, xüsusilə də futbolda qütbləşmə, müəyyən məsələlərdə liberallıq, bəzi məsələlərdə ifrat radikallıq meylləri var. Bu isə əksər vaxtlarda obyektivliyin qarşısına keçir, qərəzə yol açır. Günahkar jurnalistlərdimi? Heç də həmişə yox! Amma bir çox hallarda elə də olur. Bu səbəbdən daha obyektiv olmaq, daha neytral mövqede dayanmaq, daha yaxşı etika anlayışı gostərmək üçün çətin bir yola çıxdıq.

Təkrarlanmaması üçün çalıçacağımız səhvlərimiz də olacaq. Amma təhqirə, qərəzə, yalana əl atmayacağımızdan əmin olun. Bu yolda sizdən də kömək gözləyirik. Qaynar xəttimizə zəng vurub istənilən məsələ ilə bağli düşüncələrinizi söyləyə, iradlarınızı bildirə bilərsiniz.

Bizim üçün “Neftçi” “Xəzər Lənkəran” fərqi, Baki – əyalət seçimi olmayacaq, meydandakı mubarizəni meydandan kənardakı mübarizədən ayıracağıq. Eyni zamanda kimin futbol üçün çalıçdığını, kimlərin də futbolu onun mənafeyinə uyğun “inkişaf”a məcbur etdiyini bizimlə biləcəksiz.

Gəlişigözəl sözlər kimi qəbul etməyin, daim bizimlə olun, gerçəyi özünüz də görün.

Başladıq.

Yeni bir cığır açmağa, yeni bir bünövrə qoymağa.

Yeni bir layihə, yeni bir kollektivlə.

Yeni arzular, yeni umidlərlə.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp