Türkiyənin "Qalatasaray" klubunun əsas qapıçısı Fernando Muslera zədələnib. Futbolinfo.az xəbər verir ki, "Konyaspor"la son oyunda zədələnən Musleranın barmağında qırıq aşkarlanıb.
İstanbul komandasının həkimlərinin verdiyi məlumata görə, Musleranın sağ ayaq barmağındakı qırıq onu ən azı bir ay yaşıl meydanlardan uzaq saxlayacaq. Uruqvaylı qapıçının Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək qarşıdakı “Kopenhagen”lə (Danimarka) oyunda meydana çıxmayacağı dəqiqdi. Artıq Muslera ilə yanaşı həmin oyunun 9-cu dəqiqəsində zədələnən Uesli Sneyderin də Kopenhagenə aparılmayacağı bəllidi.
Xatırladaq ki, "Qalatasaray" klubu "Konyaspor" ilə oyunda 1:0 geri düşdüyü halda Droqba və Burak Yılmazın qolları ilə 2:1 hesabı ilə qalib gəlmişdi.





