2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Sifariş kitabının hazırlanması bu gün AFFA-nın inzibati binasında İşçi Qrupun üzvləri və İngiltərədən dəvət olunmuş mütəxəssislərlə birgə müzakirə olunub. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
 
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2013-cü il tarixli sərəncamı ilə 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Sifariş kitabının hazırlanması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilib.
Shares: