"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil "Real" (Madrid) klubundan ayrılmasının səbəblərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, türk əsilli futbolçu Karlo Ançelottinin gəlişindən sonra özünə inamının azalması və diqqətdən kənarda qalması səbəbindən Madrid klubundan getdiyini bildirib:
"Hər bir futbolçu kimi mənim üçün də baş məşqçinin etimadını qazanmaq vacib idi. Bu təkcə psixoloji nöqtəyi nəzərindən deyil, eyni zamanda çalışmaq istəyi baxımından da önəmlidir. Ancaq Karlo Ançelotti "Real"a gəldikdən sonra özüməinam hissini itirdim. Daha sonra diqqətdən kənarda qaldığımı hiss etdim. Mən "Real"dan ayrılmaq istəmirdim, ancaq belə alındı".
Qeyd edək ki, Məsut mövsümün əvvəlində "Real"ı "Arsenal"a dəyişmişdi.





