"Torpedo" klubunun keçmiş müdafiəçisi Mixail Rekudanov qətldə şübhəli bilindiyi üçün məhkəmə qarşısına çıxarılıb. Futbolinfo.az xəbər verir ki, sabiq oyunçu ifadə verən zaman cinayəti və qatil olduğunu etiraf edib.
 
Rekudanov cinayəti özünümüdafiə məqsədi ilə törətdiyini bildirib.
 
Xatırladaq ki, 28 yaşlı futbolçu Qırğızıstan vətəndaşını öldürüb. Mayın 23-də baş vermiş insidentdə mərhumun bədənində 6 bıçaq yarası aşkarlanmışdı. Mixail özü isə iyulun 9-da yaxalanmışdı.
Shares: