İrlandiya Futbol Assosiasiyası (İFA) milli komandanın yeni baş məşqçisinin adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, gözlənildiyi kimi, İrlandiya millisi Martin O′Nilə tapşırılıb.
61 yaşlı mütəxəssisin əsas köməkçisi isə "Mançester Yunayted"in sabiq üzvü Roy Kin olacaq.
Xatırladaq ki, İrlandiya millisini son olaraq Covanni Trapattoni çalışdırırdı. O, uğursuz nəticələrə görə istefaya göndərilmişdi. O`Nil isə son olaraq Şimali İrlandiya yığmasını çalışdırıb.





