UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 4-cü tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında 8 oyun baş tutub.
 
A qrupunun hər iki oyunu qolsuz başa çatıb. Lider "Mançester Yunayted" autsayder "Real Sosyedad"la, "Şaxytor" ötən tur darmadağına məruz qaldığı "Bayer"lə sülh bağlayıb.
 
B qrupunda "Yuventus" "Real"ı qəbul edib. Madrid təmsilçisi bu matçda qələbə qazanacağı halda 1/8 finala vəsiqə qazanacaqdı. Amma bu, baş verməyib. Qarşılaşma sülhlə başa çatıb və "Real" cari mövsümdə ilk dəfə xal itirib. "Qalatasaray" isə "Kopenhagen"in qonağı olub. "Cim-Bom" İstanbulda məğlub etdiyi komandaya səfərdə minimal hesabla uduzub. 6-cı dəqiqədə vurulan qol matçda yeganə olub.
 
C qrupunda PSJ "Anderlext"i qəbul edib. Paris klubu qələbə qazanaraq adını 1/8 finala yazdıra bilərdi. Amma rəqib 10 nəfərlə qalsa da, PSJ rəqib qapısına yol tapa bilməyib. "Olimpiakos" isə evdə "Benfika"nı minimal hesabla üstələyib.
 
D qrupunda lider “Bavariya” autsayder “Viktoriya”nın qonağı olub. "Mançester Siti" isə ÇSKA-nı qəbul edib. "Bavariya"nın mərhələ adlaması üçün qələbə yetərli deyildi. Bunun üçün ÇSKA xal itirməliydi. Hər iki oyunda istənilən nəticə qeydə alınıb. "Bavariya" rəqibini 1:0 hesabı ilə yenib. Mançesterdə isə 7 qol vurulub və meydan sahibləri qələbə qazanıb. Bununla da Çempionlar Liqasının son qalibi "Bavariya" 1/8 finala çıxan ilk komanda olub.
 
Çempionlar Liqası
Qrup mərhələsi
4-cü tur
5 noyabr
 
A qrupu
 
Şaxtyor (Ukrayna) – Bayer (Almaniya) – 0:0
 
Real Sosyedad (İspaniya) – Mançester Yunayted (İngiltərə) – 0:0
 
1 Mançester Yunated 4 2 2 0 6 3 +3 8
2 Bayer 4 2 1 1 8 5 +3 7
3 Şaxtyor 4 1 2 1 3 5 –2 5
4 Real Sosyedad 4 0 1 3 1 5 –4 1
 
B qrupu
 
Yuventus (İtaliya) – Real (İspaniya) – 2:2
Qollar: Vidal, 42-pen, Lorente, 65 – Ronaldo, 52, Beyl, 60.
 
Kopenhagen (Danimarka) – Qalatasaray (Türkiyə) – 1:0
Qol: Braaten, 6.
 
1 Real M 4 3 1 0 14 4 +10 10
2 Qalatasaray 4 1 1 2 6 10 –4 4
3 Kopenhagen 4 1 1 2 3 8 –5 4
4 Yuventus 4 0 3 1 6 7 –1 3
C qrupu
 
PSJ (Fransa) – Anderlext (Belçika) – 1:1
Qollar: İbrahimoviç, 70 – De Zeuv, 68.
 
Olimpiakos (Yunanıstan) – Benfika (Portuqaliya) – 1:0
Qol: Manolas, 13.
 
1 PSJ 4 3 1 0 13 2 +11 10
2 Olimpiakos 4 2 1 1 6 5 +1 7
3 Benfika 4 1 1 2 3 5 –2 4
4 Anderlext 4 0 1 3 1 11 –10 1
 
D qrupu
 
Mançester Siti (İngiltərə) – ÇSKA (Rusiya) – 5:2
Qollar: Aquero, 3-pen; 20, Neqredo, 30; 51; 90+2 – Dumbiya 45; 71-pen.
 
Viktoriya (Çexiya) – Bavariya (Almaniya) – 0:1
Qol: Mandzukiç, 65.
 
1 Bavariya 4 4 0 0 12 1 +11 12
2 Mançester Siti 4 3 0 1 11 6 +5 9
3 ÇSKA M 4 1 0 3 6 12 –6 3
4 Viktoriya 4 0 0 4 2 12 –10 0
Shares: