Bu gün Avroliqanın qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, qitənin ən nüfuzlu ikinci klub turnirində bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
 
Türkiyənin "Trabzonspor" klubu səfərdə Polşanın "Legiya" komandası ilə qarşılaşacaq.
Milli komandamızın üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" doğma meydanda İngiltərənin "Uiqan" klubunu qəbul edəcək.
 
"Qarabağ"ı Avroliqanın qrup mərhələsinə düşməkdən məhrum edən "Ayntraxt" səfərdə "Makkabi"  (Təl-Əviv) klubu ilə qarşılaşacaq.
 
"İnter"i Avroliqanın II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran  "Tromse" öz meydanında "Anji" ilə üz-üzə gələcək. 
 
Avropa Liqası
Qrup mərhələsi
4-cü tur
7 noyabr
 
A qrupu
21:00. “Kuban” (Rusiya) – “Suonsi” (İngiltərə)
22:00. “Sent Qallen” (İsveçrə) – “Valensiya” (İspaniya)A qrupu
 
B qrupu
22:00. “Ludoqorets” (Bolqarısran) – “Çernomorets” (Ukrayna)
22:00. PSV (Hollandiya) – “Dinamo” (Xorvatiya)
 
C qrupu
22:00. “Esbyerq” (Danimarka) – “Elfsborq” (İsveç)
22:00. “Standard” (Belçika) – “Zalsburq” (Avstriya)
 
D qrupu
21:00. “Rubin” (Rusiya) – “Uiqan” (İngiltərə)
22:00. “Maribor” (Sloveniya) – “Zulte Varegem” (Belçika)
 
E qrupu
22:00. “Dnepr” (Ukrayna) – “Pakuş Ferreyra” (Portuqaliya)
22:00. “Panduri” (Rumıniya) – “Fiorentina” (İtaliya)
 
F qrupu
22:00. APOEL (Kipr) – “Bordo” (Fransa)
22:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Ayntraxt” (Frankfurt, Almaniya)
 
G qrupu
00:05. “Rapid” (Avstriya) – “Genk” (Belçika)
00:05. “Tyun” (İsveçrə) – “Dinamo” (Ukrayna)
 
H qrupu
00:05. “Sevilya” (İspaniya) – “Liberets” (Çexiya)
00:05. “Eştoril” (Portuqaliya) – “Frayburq” (Almaniya)
 
I qrupu
00:05. “Riyeka” (Xorvatiya) – “Lion” (Fransa)
00:05. “Gimaraynş” (Portuqaliya) – “Betis” (İspaniya)
 
J qrupu
00:05. “Legiya” (Polşa) – “Trabzonspor” (Türkiyə)
00:05. “Latsio” (İtaliya) – “Apollon” (Kipr)
 
K qrupu
00:05. “Tromse” (Norveç) – “Anji” (Rusiya)
00:05. “Tottenhem” (İngiltərə) – “Şerif” (Moldova)
 
L qrupu
00:05. “Alkmaar” (Hollandiya) – “Şaxtyor” (Qazaxıstan)
00:05. “Makkabi” (Hayfa, İsrail) – PAOK (Yunanıstan)
 
Qeyd edək ki, bu turun matçları bəzi komandaların 1/16 finala vəsiqə qazanması ilə nəticələnə bilər. 12 komanda sona 2 tur qalmış buna nail olmaq imkanına malikdir. Bunlar “Suonsi”, “Valensiya”, “Lüdoqorets”, “Zalsburq”, “Esbyerq”, “Rubin”, “Anartosis”, “Dnepr”, “Ayntraxt”, “Sevilya”, PAOK, “Tottenhem”dir. “Rubin” İngiltərə “Uiqan”ını məğlub etməli və “Maribor”un xal itirməsini gözləməlidi.
Shares: