“Qəbələ”nin yeni transferi Ruslan Əmircanov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şiroki Briyeq”lə (Bosniya və Herseqovina) oyunu buraxa bilər. Bu barədə futbolinfo.az saytına təcrübəli müdafiəçinin özü məlumat verib.
 
“Komandanın oyunöncəsi son məşqində də iştirak etmədim. Köməkçi məşqçinin nəzarəti altında fərdi olaraq çalışdım. Çox güman ki, ehtiyat oyunçular skamyasında əyləşəcəm. Zədəm sağalsa da, risk etmək istəmirik”.
 
Qeyd edək ki, Əmircanov “Qəbələ”nin Sloveniyadakı təlim-məşq toplanışı zamanı zədələnmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp