Qış transfer dövründə heyətini gücləndirmək istəyən "Çelsi"nin “Napoli”nin qolçusu Qonsalo İquaynla danışıqlar apardığı məlum olub. Futbolinfo.az xəbər verir ki, "zadəganlar"ın baş məşqçisi Joze Mourinyo Madrid "Real"ında birgə çalışdığı argentinalı futbolçunu komandasında görmək istəyir.
Məlumatda bildirilir ki, ingilislər qarşı tərəfə 50 milyon funt ödəməyə hazırdı. Lakin "Napoli" İquaynı satmaq niyyətində deyil.
Qeyd edək ki, İquayn “Napoli”yə ötən yay “Real”dan 37 milyon avro qarşılığında keçmişdi.





