"Xəzər Lənkəran"ın məşqçilər korpusunda yer alan Emin Quliyevin cənub klubundan ayrılması gözlənilir. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Mustafa Dənizli Türkiyədən özünə başqa köməkçilər gətirməyə hazırlaşır.
 
Bu üzdən Quliyevin türkiyəli baş məşqçi ilə qısamüddətli işbirliyi başa çatmaq üzrədi. Amma klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu hələlik bu xəbəri təkzib edir:
 
"Emin Quliyev komandadan ayrılmayıb. Hazırda o bizimlə birlikdədi. Yanvarın 4-də Antalyaya yollanacağıq".
 
Klub rəsmisi "Sumqayıt"ın forvardı Orxan Əliyevin transfer məsələsinə də aydınlıq gətirib: "Onunla danışıqlar davam edir. Əgər danışıqlar müsbət yekunlaşsa, yaxın günlərdə o, Türkiyədəki düşərgəmizə gələcək və bu futbolçu ilə orada müqavilə imzalayacağıq".
Shares: