Cari mövsümün sonunda daha bir ulduzun futbol dünyasından gedişinə şahid olacağıq. Söhbət İtaliya futbolunun tanınmış siması Antonio di Natalidən gedir.
Futbolinfo.az xəbər verir ki, hücumçu mövsüm bitdikdən sonra butslarını mıxdan asacağını açıqlayıb. 34 yaşlı forvard bunu A seriyasıda “Verona” ilə oyundan sonra bəyan edib və qərarını heç bir vəchlə dəyişməyəcəyini bildirib.
Qeyd edək ki, di Natali karyerasına 1996-cı ildə “Empoli”də başlayıb. 2004-cü ilədək burada top qovan Antonio daha sonra “Udineze”yə transfer edilib. Bu günə qədər də o, “ağ-qaralar”ın şərəfini qorumaqdadı. 191 qolla “Udineze” tarixində ən məhsuldar futbolçu kimi yer alan forvard 2002-12-ci illərdə İtaliya yığmasının da formasını geyib.





