Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Slaven Biliç qış “transfer pəncərəsi”ndə komandadan göndəriləcək futbolçuların kimliyinə aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, onun siyahısında 7 oyunçunun adı yer alıb.
Çalışdırıcı hazırda heyətdə 30 futbolçu saxlamağın mənasız olduğunu və bu “təmizliy”in klub büdcəsinə də müsbət təsir edəcəyini rəhbərliyə çatıdırıb. Odu ki, rəhbərlik də xorvatiyalı ilə həmfikir olub. “Qara qartallar”ın təklif gələcəyi təqdirdə satmaq istədiyi 7 nəfər bunlrdı: İbrahim Toraman, Gökhan Süzen, Sezer Öztürk, Mehmet Akgün, Güven, Julyen Eskude və Mihayl Eneramo. Onlara özlərinə yeni komanda tapmaları üçün göstəriş verilib.
Qeyd edək ki, bu futbolçulardan birinin – İbrahim Toramanın "Xəzər Lənkəran"a keçəcəyi barədə son dövrlər çoxlu xəbərlər dolaşır. Mümkündü ki, Mustafa Dənizli onu öz komandasına gətirmək üçün çalışsın.





