Madrid “Atletiko”sunun idman direktoru Xose Luis Peres Kaminero son günlər komandanın oyunçuları haqda yayılan transfer şayələrinə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, Dieqo Kosta və Kokenin ara transfer dövründə klubdan ayrılmayacağını açıqlayıb:
 
"Kostanın müqaviləsində 38 milyon avroluq təzminat var. Həm də Dieqo yetkin və ağıllı biridi, transferi düşünmənin vaxtı olmadığını bilir. Bizimlə təzəcə müqavilə imzalayıb, yola bizimlə davam etmək istədiyinə qətiyyən əminəm. Koke ilə "Mançester Yunayted”in maraqlandığını ilk dəfə sizdən eşidirəm. O, hələ çox gəncdi və burada özünü yeni yeni tapmağa başlayıb. Buranı sevir və uzun illər bizimlə qalacaq".
Shares: