Mövsümün qalan hissəsinə hazırlaşmaq üçün yanvarın 8-də Antalyaya yollanacaq "Simurq" transfer çalışmalarını da davam etdirir. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubu bu gün "Qarabağ"ın yarımmüdafiəçisi Murad Səttarlı ilə ilyarımlıq müqavilə imzalayb.
Georgi Çixradzenin komandasında eyni zamanda təmizləmə işləri də aparılmaqdadı. Belə ki, gürcü baş məşqçi artıq Tagim Novruzov və Orxan Səfiyaroğlunun xidmətində maraqlı deyil. Bu üzdən "Simurq" bu futbolçuları ölkə xaricinə təlim-məşq toplanışına aparmayacaq. Əldə etdiyimiz məlumata görə, hətta adıçəkilən futbolçulara bilet də alınmayıb. Orxanın əvəzedici heyətə göndəriləcəyi, Tagimin isə Premyer Liqanın digər klublarından birinə keçəcəyi barədə söz-söhbət gəzir.
KƏMALƏ İSMAYILOVA





