Bir müddət öncə "Yuventus"un "Bavariya"nın forvardı Mario Mandzukiçi heyətinə qatmaq istədiyi barədə xəbərlər yayılmışdı. Futbolinfo.az xəbər verir ki, iddialarda turinlilərin xorvat qolçuya görə, 20 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.
 
Üstəlik Robert Levandovskinin “Bavaraiya” ilə anlaşmasından sonra bu xəbərlər daha da intensivləşmişdi. Məsələyə Münhen klubunun prezidenti Karl Hayns Rumenige aydınlıq gətirib: "Marionun oyunundan məmnunuq. Ötən mövsüm qazanılan kuboklarda böyük payı oldu. Xüsusilə Çempionlar Liqasının finalında vurduğu qolu xatırlamaq istəyirəm. Onun bizimlə 2016-cı ilə qədər davam edən müqaviləsi var. Ötən günlərdə Marionun menecerinə yeni müqavilə bağlamaq istəyimizi bildirdim. Bu cür futbolçunu satmaq niyyətimiz yoxdu".
Shares: