Dortmund “Borussiya”sı əsas qol silahı Robert Levandovskinin “Bavariya” ilə müqavilə bağlamasından sonra dərhal axtarışlara başlayıb. Futbolinfo.az xəbər verir ki, “sarı-qaralar” forvarda layiqli əvəzləyici axtarışına çıxıb. Hədəfdəki ilk ad “Aston Villa”nın hücumçusu Kristian Bentekedi. “Borussiya” Levanın yayda klubdan ayrılacağını nəzərə alaraq 23 yaşlı forvardla danışıqlara indidən başlamaq istəyir. Dortmund təmsilçisi Benteke üçün 20 milyon funt ödəməyə hazırdı ki, onu indidən “Siqnal İduna Park”a gətirsin.
 
Beləliklə Kristian Levandovskinin gedişinə qədər adaptasiya mərhələsini də başa vurmuş olar.
 
Yeri gəlmişkən, Levandovskinin mövsümün sonunda pulsuz şəkildə "Bavariya"ya keçidinin qarşısını ala bilməyən "Borrusiya" eyni səhvi ikinci dəfə təkrarlamaq istəmir. Rəhbərlik müqaviləsi 2015-ci ildə başa çatacaq İlkay Gündoğandan gələcəyi barədə qərarını tezliklə verməyini tələb edib. Türk əsilli futbolçu yeni sözləşmə imzalamayacağı təqdirdə "Real” (Madrid) və ya "Mançester Yunayted"ə satılacaq.
Shares: