“Neftçi”nin gənc futbolçusu Mirabdulla Abbasov klubun rəsmi rəsmi saytına açıqlama verib. Futbolinfo.az sizi həmin açıqlama ilə tanış edir:
 
“Neftçi”də gənc futbolçulara hər zaman şans verilib. Bu səbəbdən də əsas komandaya çağırılacağıma inanırdım. Hətta çalışırdım ki, buna mümkün qədər tez nail olum. Fikrimcə, bu, hələ ilk addımdı. Əgər məşqçilərin diqqətini cəlb edə bilsək, bizim əsas komandada qalmaq şansımız var. Elə əvvəlki illərdə də əvəzedici heyətdən bir neçə futbolçu əsas komandaya cəlb olunub orada möhkəmlənmişdi. İnanıram ki, biz də bunu bacaracağıq. İstəyirəm ki, mən də onlar kimi “Neftçi”nin heyətində Azərbaycan çempionu və avrokubokların qrup mərhələsində çıxış edim”.
Shares: