Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2013-cü ilin ən yaxşı hakimlərinin adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ingiltərəli referi Hovard Uebb 102 xalla birinci yerə çıxıb.
 
70 ölkənin jurnalist və mütəxəssislərinin iştirak etdiyi səsvermədə ikinci yeri 53 xalla Niko Rizzoli tutub. Macarıstanlı referi Viktor Kaşşai üçüncü olub. “Beşliy”i almaniyalı Feliks Brix və türkiyəli Cüneyt Çakır tamamlayıb.
Shares: