Bir müddət əvvəl Türkiyə mətbuatına danışan "Rəvan"ın yeni baş məşqçisi Güvenç Kurtar fikrini dəyişib. Futbolinfo.az xəbər verir ki, həmyerlilərinə türkiyədən futbolçu alacağını deyən Kurtar indi də belə bir fikrinin olmadığını bildirib. Futbolinfo.az saytına müsahibəsində türkiyəli mütəxəssis bunu bildirib:
"Belə bir fikrimiz yoxdu. Amma Türkiyəyə getdiyimiz zaman buna baxacağıq. Mövsüm fasiləsində futbolçu gətirmək çətin olur. Üstəlik, bizim müəyyən büdcəmiz var. Doğru seçim üçün gecə-gündüz çalışıram. Demək olar ki, yuxusuz qalaraq bu məsələni həll etməyə çalışıram".





