“Sky Sports”da yer alan xəbərə görə, “Beşiktaş”ın forvardı Uqo Almeyda İngiltərənin “Vest Hem” klubuna keçməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məqşçisi Sem Ellerdayz “Beşiktaş” forması geyən hücumçunu komandasında görmək istəyir.
 
London klubunun əsas hücumçusu Endi Kerrollun zədələnməsi və formadan düşməsi komandanı belə bir addım atmağa vadar edib.
 
Yeri gəlmişkən, "Beşiktaş" Premyer Liqayla alış-verişi təkcə satmaqdan ibarət deyil. “Qara qartal” həm də İngiltərə çempionatından oyunçu almaq fikrindədi. Artıq İstanbul klubunun "Mançester Siti"nin futbolçusu Coleon Leskottla razılığa gəldiyi deyilir. Lakin müdafiəçinin keçidi mövsümün sonunda reallaşacaq. Leskottun iyunun 30-da İngiltərə təmsilçisi ilə sözləşməsi bitdiyi üçün "qara qartallar" bu transferə heç bir məbləğ ödəməyəcək.
Shares: