"Qarabağ" məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışının ilk günündə komanda 2014-cü ilin ilk məşqinə çıxıb.
 
"Qarabağ" məşq üçün məskunlaşdığı "İC Santai" otelinin futbol meydançasına yollananda saatlar yerli vaxtla 11:00-ı (Bakı vaxtıyla 13:00) göstərirdi. Məşqə başlamamışdan öncə baş məşqçi Qurban Qurbanov futbolçularla qısaca söhbət edib, hazırlıq dönəmində yaxşı çalışmağın vacibliyini vurğulayıb.
 
Ardınca təxminən 90 dəqiqə davam edən məşq başlayıb. Komandanın texniki heyəti futbolçuları çox da yükləməyib. Daha çox qaçışla və bərpaedici xarakterli məşqdə əməliyyat sonrası bərpa prosesi keçən Rəşad Sadıqov iştirak etməyib. Komandanın 2-ci məşqi yerli vaxtla 17:00-a təyin olunub.
Shares: