İngiltərənin "Arsenal" klubu "Liverpul"un müdafiəçisi Qlen Consona “elçi” düşüb. Futbolinfo.az xəbər verir ki, “topçular” cinah müdafiəçisi mövqeyində oynayan Bakari Sanyanın ayrılıq xəbərlərini nəzərə alaraq hərəkətə keçib.
 
Onlar Sanyanın ən lqyiqli əvəzləyicisi kimi Consonu düşünür. Hələ ki, "Liverpul" da futbolçunu heyətdə saxlamaq üçün danışıqlar aparır. Lakin Qlen maaşının azlığını əsas gətirərək gələn təklifləri dəyərləndirəcəyini deyir. Məsələyə qarşıdakı günlərdə aydınlıq gələcək.
Shares: