Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş sayca 26-cı beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, yığmamız yanvarın 9-da, saat 14:15-də Latviya komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, bu cütün qalibi turniri 13-cü yerdə başa vurmaq uğrunda oyunda iştirak edəcək. Məğlub komanda son oyunda 15-ci yer uğrunda mübarizə aparacaq.





