İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil “topçular”da keçirdiyi 4 ayı təhlil edib. Futbolinfo.az xəbər verir ki, karyerasında ilk dəfə qış tətili olmadan oynayan almaniyalı buna baxmayaraq, Londonda çox xoşbəxt olduğunu açıqlayıb:
 
"Əvvəlki illərdə həmişə qış tətilimiz olduğu üçün bu ankı vəziyyət mənə qeyri-adi gəlir. Premyer Liqada davamlı matça çıxırıq, rahatlayacaq vaxtımız olmur. Bu çempionatda oynadığım üçün çox xoşbəxtəm. Məşqdən daha çox matça çıxırıq. Bu tip meydan oxumaları sevirəm. Özümü çox rahat hiss edirəm. Möhtəşəm bir komandadayam və adaptasya problemim olmayıb. Komandadakı alman dostlarım mənə çox kömək olurlar”.
 
Məsut “Arsenal” formasıyla 4 qol, 7 məhsuldar ötürməyə imza atıb.
Shares: