"Hazırda türk futbolunda baş məşqçilər öz işləri sayəsində heç nəyə nail ola bilmir. Mənim kimilərini də klub pis vəziyyətdə olanda xilas yolu hesab edirlər. Bu səbəbdən mövsümün əvvəlindən çalışdığım klub sayı çox deyil. Əgər Türkiyədə əcnəbi baş məşqçi tələbatı varsa, mənim Almaniyaya aid vəsiqəm var, bu işi orada öyrənmişəm".
Futbolinfo.az xəbər verir ki, bu sözləri Türkiyə mətbuatına müsahibəsində Yılmaz Vural deyib. Bir müddət əvvəl adı millimizlə yanaşı hallanan Vural Azərbaycandan təklif aldığını, lakin qəbul etmədiyini də bildirib:
"Azərbaycan və Qətərdən çağırırdılar. Amma bu ölkələr mənə Türkiyənin verdiklərindən artıq heç nə verə bilməz. Əgər 5 Avropa ölkəsindən biri (İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya) təklif göndərərsə, bu, türk məşqçi tərəfindən uğur sayılar".





