Bu mövsüm qış fasiləsinə kimi icarə əsasında “Sumqayıt”da oynayan, lakin müqavilə ilə “Bakı”ya məxsus olan Nurlan Novruzovun Türkiyə PTT 1-ci liqasında oynaya biləcəyi haqqında məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, gənc hücumçu artıq qardaş ölkədə özünə yeni klub tapıb.
 
Belə ki, o, “Fəthiyəspor”la 1 illik müqavilə imzalayacaq. Düzdü, klubun maliyyə imkanlarına görə bizim Premyer Liqa təmsilçilərindən nisbətən geridə qalması gənc hüçumçunun tərəddüdünə səbəb olmuşdu. Ancaq görünür sonradan qardaş ölkə klubunun rəhbərliyi gənc hüçumçunu razı sala bilib. Novruzov müqavilə ilə "Bakı" klubuna məxsus olduğunda "Fəthiyəspor"da icarə əsasında çıxış edəcək.
 
Qeyd edək ki, "Fəthiyəspor"da daha bir həmyerlimiz çıxış edir. Bu, komandanın qapıçısı Davud Kərimidi.
Shares: