"Mançester Siti"nin zədəli futbolçusu Serxio Aquero gözlənildiyindən tez sağalmağa başlayıb. Futbolinfo.az xəbər verir ki, dekabrın 16-da xəsarət alan qolçunun 2 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlansa da, onun bu müddətdən daha tez sıralara qayıdacağı gözlənilir.
Baş məşqçi Manuel Pelleqrini bu haqda məlumat verib: “Aquero bir neçə həftəyə matçlarda iştirak edəcək. Artıq fərdi çalışmalara başlayıb. Demək lar ki, sağalır. Bu isə bizim üçün çox önəmlidi".
Sağalmanın bu sürətlə gedəcəyi təqdirdə Serxionun Çempionlar Liqasında "Barselona" ilə matçlarda forma geyəcəyi gözlənilir.





