Azərbaycan Premyer Liqasının 15-ci turunda “Bakı” ilə oyunda zədələnib meydanı tərk edən “İnter”in hücumçusu Baçana Sxadadze artıq zədəsini sağaldıb. Futbolinfo.az xəbər verir ki, o, komandasının Türkiyə toplanışında da yaxından iştirak edir.
Saytımıza açıqlamasında gürcü forvard indiki durumundan danışıb:
“Zədəmi sağaltmışam. Məşqlərə qatılıram. Hər şey istədiyim kimi gedir. Hətta özümü oynamağa da hazır hiss edirəm. Qarşıdakı yoxlama oyunlarında çox güman ki, meydana çıxacam”.





