Birvaxtlar Almaniyanın ən istedadlı futbolçularından sayılan, lakin xroniki zədələrə görə, ötən il 31 yaşında karyerasını bitirən Tomas Hitzlsperger Avropa futbolunu qarışdıracaq açıqlama verib. Futbolinfo.az xəbər verir ki, futbola “Bavariya”da başlayan və 3 böyük Avropa çempionatında top qovmuş yarımmüdafiəçi homoseksual olduğunu açıqlayıb.
“Vest Hem”, “Volfsburq”, “Ştutqart”, “Latsio” və “Everton” kimi klublarda oynamış alman futbolçu Almaniya mətbuatına müsahibəsində gey və həmcinslərinə qarşı istəkli olduğunu qeyd edib. 2004-2010-cu illərdə Almaniya millisində çıxış etmiş Tomas vəziyyəti belə açıqlayıb: “Karyeram boyu bunu gizlətdim. Amma artıq oğlan dostumla yaşamaq istəyirəm. Artıq bunu bütün dünyaya söyləməyin vaxtıdı. Bəli, futbol meydanlarında da xoşuma gələn kişilər olub”.





