Con Toşakın zamanında “Xəzər Lənkəran”a transfer olunan Uğur Pamuk komandada heç nə ilə yadda qalmadı. Futbolinfo.az xəbər verir ki, cənub klubunda özünü sübut edə bilməyən futbolçu yenidən keçmiş komandasına – "Sumqayıt"a qayıdır.
Pamuk çempionatın autsayderinin heyətində icarə əsasında top qovacaq. Cənub klubu ilə müqaviləsi olan yarımmüdafiəçi mövsümün sonuna qədər “Sumqayıt”da çıxış edəcək. Bu xəbəri saytımıza açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiqləyib:
“Bəli, Uğur Pamuk “Sumqayıt”a qayıdacaq. O, icarə əsasında gedəcək”.
ELSEVƏR





