Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün yoxlama görüşü keçirib. Futbolinfo.az xəbər verir ki, “qırmızı qaralar” qardaş ölkənin 3 liqa təmsilçisi “Maltepespor”la üz-üzə gəlib.
 
Qarşılaşmada hesabı komandamız açıb. Amma görüşün sonlarında, daha dəqiq desək, 89-cu dəqiqədə türklər bərabərlik qoluna imza atıblar.
 
Qeyd edək ki, bu, təmsilçimizin toplanış çərçivəsindəki ilk yoxlama görüşüydü. Yuri Syominin komandası bu görüşdən əlavə daha 6 yoxlama oyunu keçirəcək.
 
Yoxlama oyunu
10 yanvar
 
Qəbələ – Maltepespor – 1:1 (1:0)
Qol: Kamanan.
Shares: