Xəbər verdiyimiz kimi, "İnter"in əvəzedici komandası hazırda "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir. Futbolinfo.az xəbər verir ki, ayın 5-də bir araya gələn Rüstəm Əliyevin yetirmələri gündə iki dəfə məşqə çıxırlar.
Bu gün isə komanda toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxıb. "İnter"in U-19 komandasıyla üz-üzə gələn əvəzedicilər bu matçda inamlı qələbə qazanıb – 5:1. Komandanın heyətində Bilal Qənbərov iki qolla yadda qalıb, digər topları isə rəqibin qapısından Elnur Süleymanov, İlkin Sadiqov və Nəriman Hüseynov keçiriblər.
Qeyd edək ki, əvəzedici komanda toplanış çərçivəsində daha 3 yoxlama oyunu keçirəcək.





