Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 16 yaşa qədər futbolçulardan ibarət komandası qonşu ölkədə hazırlıqlarını sona çatdırıb. Futbolinfo.az xəbər verir ki, ötən gün toplanış çərçivəsində ikinci – son sınaq matçında Şotlandiya "Seltik" ilə qarşılaşan "qırmızı-qaralar" rəqiblərə məğlub olub – 0:3.
Qeyd edək ki, yeniyetmə futbolçularımız bundan öncə Şotlandiyanın "Hibernian" klubuna da 5 cavabsız qolla uduzmuşdular.
"Qəbələ" bu gün vətənə dönəcək.





