“Bavariya”nın ulduzu Frank Riberi “Qızıl Top” mükafatı ilə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, fransalı mükafatı qazana bilməsi üçün bundan daha yaxşı fürsət olmadığını ifadə edib:
"Messi və Ronaldo ikisi də əsl qol maşınıdı . Statistikaları müqayisə etmək doğru olmaz. Stillərimiz fərqlidi. Ötən il əlimdən hər şeyi etdim. Bütün matçlarda oynadım, bütün kubokları qazandım. Özümdən əminəm, onlarla eyni şansa sahibəm. Artıq 30 yaşım var, ya indi, ya heç vaxt".
“Qızıl Top” mükafatının sahibi yanvarın 13-də açıqlanacaq.





