Benfikanın yarımmüdafiəçisi Nemanya Matiç rəsmən “Çelsi”nin futbolçusu olub. Futbolinfo.az xəbər verir ki, dünən axşam saatlarında Londona yollanan futbolçu “zadəganlar”la rəsmi müqaviləyə imza atıb.
Bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat verib. “Çelsi” Matiçin keçidi üçün 25 milyon avro ödəyib. Nemanya yeniu klubu ilə 5,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, bu transferin rəsmiləşəcəyi əvvəlcədən məlum idi. Çünki bir müddət əvvəl futbolçu özü London klubuna keçəcəyini elan etmişdi. Bu gün Matiç “Çelsi”də tibbi müayinədən keçəcək.






