Türkiyənin “Qalatasaray” klubu qış fasiləsində daha iki transfer gerçəkləşdirib. Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İzzət Hayroviçdən sonra "sarı-qırmızılar” “Bazel”də çıxış edən türk əsilli futbolçu Endoğan Adili də heyətinə qatıb.
 
Tərəflər bütün məsələlərdə razılaşıb və yaxın günlərdə transfer rəsmən açıqlanacaq. İsveçrə millisinin aşağı yaş üzrə komandalarında da çıxış edən 19 yaşlı Adilinin anası kosovolu, atası isə türkdü. Bu səbəbdən də o, “Qalatasaray”da legioner kimi deyil, yerli oyunçu statusu ilə çıxış edə biləcək.
 
Bundan əlavə, "Cim-Bom” "Kayserispor"da çıxış edən Salih Dursunun keçidini də həll etdiyini bəyan edib.
Shares: